"General Motors" avtomobil konserninin Rusiya nümayəndəliyi "Cadillac Russia" MDB ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir. Şirkət əsasən Azərbaycan və Ermənistanda diler mərkəzləri açmağı planlaşdırır.
Bu barədə "Avtostat" analitik agentliyinə "Cadillac Russia"nın rəhbəri Luka Patrinyani deyib.
L.Patrinyaninin sözlərinə görə, "Cadillac" diler şəbəkəsinin genişləndirilməsi Amerika premum markasının Rusiya bazarında uğura gedən yolu olmalıdır.
Qeyd edək ki, 2016-cı ildə "Cadillac Russia"nın nümayəndəliyi 11 yeni "Cadillac" mərkəzi açıb. Bunlardan ikisi Belarus və Qazaxıstandadır.
2017-ci ildə şirkət diler mərkəzlərinin sayını 19-a çatdırmaq, habelə yeni regionlara çıxmağı düşünür.
report.az