Diabet xəstələrində korluq diqər xəstələrə nisbətən dəfələrlə çoxdur
2.2.2017

Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin iclası keçirilib.

Cəmiyyətdən bildiriblər ki, tədbirdə cəmiyyətin sədri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilmə İnstitutunun Terapiya kafedrasının professoru Valeh Mirzəzadənin məruzəsi dinlənilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin vitreoretinal göz cərrahı, tibb elmləri doktoru Tural Qəlbinur “Diabetik retinopatiyanın medikamentoz və cərrahi müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. Həkim diabetik retinopatiya (DR) - korluğun diabet xəstələrində digər xəstələrə nisbətən 29 faiz çox olmasını bildirib. O, DR-nin proqressiyası, klassifikasiyası, makula ödemi, DR və makula ödemini azaldan metodlar, müasir medikamentoz və cərrahi müalicə üsulları barədə məlumat verib.

Sonda təqdimatlar ətrafında müzakirələr aparılıb.

azertag.az