Rusiyanın “Pegas Fly” aviaşirkəti martın 14-dən Moskvaətrafı hava limanı olan “Jukovski”dən Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.
Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.
Martın 14-dən 25-dək reyslər bazar ertəsi, çərşənbə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək. Yay cədvəlinə keçidlə əlaqədar olaraq gələcək uçuşların vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, “Jukovski”dən Qırğızıstana, Belarus və paritet əsaslarla Tacikistana aviareyslər yerinə yetirilir. Fevralın 15-dən Qazaxıstana da uçuşlara start veriləcək. Eyni zamanda, Təl-Əvivə (İsrail) aviareyslərin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır.
report.az