Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.
Muğam Mərkəzindən bildirilib ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə bu silsilədən olan ikinci tədbirdir. Milli Kitabxanada təşkil olunan birinci tədbir Məhəmməd Füzulinin yaradıcılığına həsr edilmişdi.
Tədbirdə tanınmış alimlər çıxış edəcək, Xurşidbanu Natəvanın həyat və yaradıcılığından söhbət açılacaq, muğam ifaları dinləniləcək.
Biletləri şəhərimizin və “ASAN xidmət”in kassalarından əldə etmək olar.
azertag.az