Fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Bu münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn gənclər ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
azertag.az