2 fevral - Gənclər Günü ilə əlaqədar Azərbaycanda ilk PR online jurnalı olan “Proloq.az” fəaliyyətə başlayıb.
Jurnalın baş redaktoru Arzu Soltan bildirib ki, “Hədəfiniz varsa, xəbərimiz var” devizi ilə yola çıxan sayt qarşısına müəyyən hədəf qoyub, hər bir quruma, şirkətə, insana bələdçilik etmək niyyətindədir.
“Proloq.az”ın ilk buraxılışında yerli və xarici mütəxəssislərlə bağlı müxtəlif mövzularda müsahibələr, məqalələr və müxtəlif xəbərlərlə tanış olmaq mümkündür. Elektron jurnalın ilk buraxılışında “Hər birimiz doğulandan yaşlanana kimi müştəriyik”, “Seçimlərimizi həzz idarə edir”, “Hamı PR-çıdırmı?”, “Qadın və kişi şüuru fərqli çalışır” və digər başlıqlı yazılar dərc olunub.
azertag.az