Fevralın 4-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında yeni layihəyə start veriləcək. Layihə çərçivəsində bir sıra ölkələrdən olan rəssamların Azərbaycanla bağlı çəkəcəkləri əsərlərdən ibarət sərgi açılacaq.
Layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Məqsəd ölkəmizin mədəni zənginliyini müxtəlif mədəniyyət və adət-ənənəyə malik rəssamların yaradacaqları əsərlər fonunda təqdim etmək və beynəlxalq mədəni əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir.
azertag.az