Fevralın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ilə görüş keçirilib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Alimlər Evində müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Akademik Kamal Abdullanın zəngin elmi və ədəbi yaradıcılığından, səmərəli ictimai fəaliyyətindən danışan İ.Həbibbəyli alimin “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı araşdırmalarından, Azərbaycan dilçilik elminin nəzəri məsələlərinə dair tədqiqatlarından söz açıb.
Akademik Kamal Abdulla elmi və ədəbi fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verib.
azertag.az