Azərbaycanlı hakimlər EHF tərəfindən yeni təyinat alıblar
3.2.2017

Azərbaycanlı hakimlər Avropa Həndbol Federasiyası (EHF) tərəfindən yeni təyinat alıblar.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, kişi həndbol komandaları arasında EHF kuboku yarışları çərçivəsində keçiriləcək “Grundfos Tatabanya KC” (Macarıstan)–“Maccabi Castro Tel-Aviv” (İsrail) oyununun baş hakimi Vaqif Əliyev olacaq. Ona həmyerlimiz Ələkbər Ağakişiyev kömək edəcək.

Görüş fevralın 8-də Macarıstanın Gior şəhərində təşkil olunacaq.

azertag.az