Qoç - İş görməyin əsl zamanıdır. Çətinliklərdən qorxmayın, bunlar yalnız sizə öz yaradıcı potensialınızı sərgiləməyə xidmət edir. Karyerada irəliləmək şansınız var, amma bunun üçün əməkdaşlarınızdan birini kənara itələməli olacaqsınız. Şayiələrin yaranmasına səbəb olmayın. Gözlədiyiniz pullar gecikir, ona görə bir az qənaətcil olun. Valideyn Qoçlar uşaqlarına diqqət ayırsınlar.
Buğa - Peşəkar baxımdan əla gündür. Gəlirli sövdələşmələr imzalaya bilərsiniz. Ambisiyalarınız yalnız xeyrinizə işləyir. Yüksək peşəkar aktivliyiniz nüfuzlu adamların diqqətini qazanır. Rəqibləriniz "qaydasız döyüşü" üstün tutacaqlar, siz isə bu işdə bir az köməksizsiniz. Sizdə ani rəğbət oyadan insanlara baş qoşmayın, bununla vacib öhdəliklərinizi unuda bilərsiniz. Yelbeyinlik zamanı deyil.
Əkizlər - Çox uğurlu gündür. Peşəkar mövqelərinizi bərkidə və gəlirlərinizin artmasına nail ola bilərsiniz. Köhnə müttəfiqlərinizlə yollarınızın ayrılması mümkündür. Təlaş etməyin, bu ancaq sizin xeyrinizədir, onların çoxu əslində sizə irəli getməkdə mane olurdular. Bəzi darıxdırıcı xırda-para işlər sizi yoracaq. Köhnə romantik bağlarınızı yeniləmək ehtimalı var. Düzdür, bu, sizdə əvvəlki hissləri oyatmayacaq, daha çox maddiyyatı düşünəcəksiz.
Xərçəng - Başınızı işlə qatmaqla yaxşı uğur qazanacaqsız. Bunlar rəhbərliyin də diqqətini cəlb edəcək, odur ki, təqdir gözləyin. Həm karyerada irəli gedə, həm də maddi gəlirlərinizi artıra bilərsiniz. Düzdür, bunun üçün tək peşəkarlıq yox, həm də döyüşkənlik lazım olacaq. Sevdiyiniz isə sizi işinizə qısqanacaq. Ehtiyatlı olun, əgər yarınız emosionallığı ilə seçilirsə, sonu mübahisəyə və ayrılığa çevrilə bilər. Yaşlı qohumlarınızın dəstəyinə bel bağlamayın.
Şir - Hadisələrlə dolu gündür. Rəqibləriniz sizə tələ qurmaqla məşğuldurlar. Sərbəst hərəkət etməsəniz, çox şey itirə bilərsiniz. Kömək gözləməyin, bununla ancaq vaxt itirirsiniz. İntriqalardan qorxmayın, istənilən yalançını ifşa edəcəksiniz. Pulu sağa-sola xərcləməyin. Ətrafınızdakılarla tez-tez qovğa edəcəksiniz. Sevdiyiniz şəxs buna normal yanaşacaq, valideynlər haqda isə bunu söyləmək olmaz.
Qız - İşdən gözünüzü açmağa macalınız olmayacaq. Əməyinizin bəhrəsinin bir qismini elə bu gün dada bilərsiniz, amma əsl mükafat hələ qabaqdadır. Bu gün alacağınız təkliflər gəlirlidir və peşənizdə yüksəlişə aparır. Ancaq bunlar da xeyli məsuliyyət və saatlarla ağır işi nəzərdə tutur, odur ki, götür-qoy edin. Ailə münasibətləri xüsusi diqqət tələb edir. yaxınlarınız qərar və hərəkətlərinizi təqdir etmirlər, sizin isə onlara verəcək cavabınız yoxdur.
Tərəzi - Bu gün baş verən hadisələr daha çox rəqiblərinizi sevindirsə də, irəli gedən məhz siz olacaqsız. Hər uğurunuz çətin zəhmət bahasına başa gəlir, ancaq sizin özünüzə yazığınız gəlmir, heç kimdən də kömək gözləmirsiz. Eyni zamanda rəhbərliyin sizi tənqid etməsi ürəyinizcə deyil, çünki əsassızdır. Ancaq anlayırsınız ki, söz qaytarmağın vaxtı deyil. Gəlirli sövdələr bağlamaq üçün əla gündür. Sevdiyiniz sizi qeyri-ciddilikdə ittiham edə bilər, amma bu, davaya səbəb olmayacaq, arxayın olun.
Əqrəb - Gəlirləriniz artacaq. Tərəfdaşlarınızın sayəsində həm çətinliklərin öhdəsindən gələ, həm də sizin peşəkarlığınızı yaxınlarda yüksək səviyyədə təsdiq edəcək bir layihəyə başlaya bilərsiniz. Şəxsi həyatınızda elə də xoşagələn anlar gözlənilmir. Sevdiyiniz sizi tənqid etməkdən çəkinməyəcək. Siz isə emosiyalarınızı gizlətməyə heç hazırlaşmırsınız da. Vaxtında özünüzü yığışdırmasanız, bu, böyük dava ilə bitəcək.
Oxatan - Maraqlı iş təklifləri alacaqsız. Daha gəlirli, maraqlı və prestijli işə dəvət oluna bilərsiniz. Ancaq fikirləşməyin ki, uğur qazanmaq sizə asan olacaq. Rəqibləriniz çoxdur, onlarla mübarizəyə vaxt itirərək vacib anı əldən verə bilərsiniz. Gözlədiyiniz pulları vaxtında alacaqsınız, odur ki, çoxdan arzu etdiyiniz alış-verişə çıxa biləcəksiniz. Ailəli Oxatanların başı qaldadır, yaxınlarınızla davalarınız bitmir. Yalnız Oxatanlar isə özlərinə ömür-gün yoldaşı tapacaqlar.
Oğlaq - Bu gün yeni tanışlar, tərəfdaşlar, həm də hamilər tapırsınız. Bu isə sizin çoxdan başladığınız layihəni uğurla başa vurmağa kömək edəcək. Hətta təcrübəsi sizdən çox olan insanlar belə, sizin rəyinizi dinləməyə çalışacaqlar. Fəaliyyətiniz çox diqqət cəlb edir, diqqətli olun, səhv etmək olmaz! Qarşı cinsin nümayəndələri sizinlə çox maraqlanırlar. Siz hamıyla sanki məzələnirsiniz. Ancaq fikirlərinizi həqiqətən məşğul edən adamın bu hərəkətləriniz heç xoşuna gəlməyəcək. O, sizdən inciyərək heç gözləmədiyiniz bir hərəkəti edə bilər, həddinizi aşmayın.
Dolça - İnadcıl, işgüzar olsanız, məqsədinizə çatarsınız. Mövqeyinizi bərkidə və müttəfiqlər tapa bilərsiniz. Ancaq bu gün risklərlə doludur. Hər bir səhviniz rəqibləriniz tərəfindən sizin əleyhinizə istifadə olunacaq. Tələsməyin, düşünüb-daşının, formallıqlara diqqət yetirin. Özünüzə inamınızı itirməyin, bu həmkarlarınızla deyil, yaxın adamlarınızla da münasibətinizi korlaya bilər. Sevdiyinizlə münaqişə və ayrılıq mümkündür. Valideynlər sizi dəstəkləmirlər, bu isə sizi əsəbləşdirir.
Balıqlar - Karyera pillələrilə yuxarı qaxmaqda davam edirsiniz. Liderlik xüsusiyyətlərinizi vaxtında göstərə bilsəniz, həmfikirlərinizdən ibarət böyük bir dəstəni ardınızca apara bilərsiniz. Rəhbərlik sizin tərəfinizdə olsa da, hələlik yalnız mənəvi dəstəyə bel bağlayın. Maliyyə işləriniz isə axsayır. Sövdələşmə günü deyil. Ailəniz diqqəti və hədiyyələrilə sizi sevindirəcək. Qəflətən qonağınız peyda ola bilər. Sizin də harayasa dəvət olunacağınız istisna deyil.