Mərkəzi Neftçilər Xəstəxanasında xüsusi araşdırma mərkəzi yaradılıb
6.2.2017

Mərkəzi Neftçilər Xəstəxanasında xüsusi araşdırma mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin yaradılmasında məqsəd arterial təzyiqdən əziyyət çəkən insanları vaxtında müayinə etmək, onların müalicəsinin təşkilinə kömək etməkdir.

Bu cür hipertenziyalar qəfil başlanır və təzyiq yüksək rəqəmlərə çatır. Yüksək təzyiqin ilkin simptomları kəskin başağrısı, burundan mütəmadi qanaxmalar, baş gicəllənmə və tənginəfəslikdir.

azertag.az