NIKOIL | Bank fevralın 7-dən etibarən cari ilin qalan dövrünə bütün server avadanlığının təchizatı üzrə açıq tender elan edib.
Bankdan verilən məlumata görə, tenderin predmeti - Hewlett Packard Enterprise şirkətinin istehsalı olan avadanlıqlarının təchizatı üzrə ən yaxşı təklifdir. Təchizat müqavilə imzalandıqdan sonra 55 təqvim günündən artıq olmayan müddətdə Bankın Baş ofisinin yerləşdiyi ünvanda (Bakı şəh., Puşkin küç. 30) həyata keçiriləcək. Bank tenderdə iştirak etmək istəyən hər kəsdən öz təkliflərini möhürlənmiş zərfdə "Kommersiya təklifi – AÇMAQ OLMAZ" işarəsi ilə 16 fevral 2017-ci il tarixinə kimi "NİKOYL" İKB-nın İdarə Heyətinin sədrinin adına ünvanlayaraq Bankın Baş Ofisinə təqdim etməyi xahiş edir.
Bütün texniki suallarla əlaqəli ali_ea@nikoil.az, digər suallarla əlaqəli bank@nikoil.az elektron ünvanlarına müraciət etməyinizi xahiş edirik.
NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
trend