Bakıda ingilis dili üzrə fənn müəllimlərinin forumu keçiriləcək
7.2.2017

Bu il martın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin İngilis dili müəllimlərinin forumu keçiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təşkil olunan forumun əsas məqsədi İngilis dili fənnini tədris edən, yeni proqramlarda işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən İngilis dili müəllimlərinin metodiki yanaşma və təcrübə mübadiləsinin təmin edilməsindən ibarətdir.
Forumda iştirak etmək istəyən müəllimlər fevralın 28-dək İdarənin İnkişaf layihələri sektoruna müraciət edə bilərlər.
Qeyd edək ki, bu sahə üzrə fəaliyyət göstərən müəllimlər foruma təqdimatçı və ya iştirakçı qismində qatıla bilər. Həm iştirakçı, həm də təqdimatçı kimi qatılmaq istəyən müəllim forum sessiyası zamanı həmçinin, 1 saatlıq təqdimat etməlidirlər.

report.az