Misirli gənc "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO
14.9.2012

ABŞ-ın Kaliforniya ştatında yaşayan, əslən Misirdən olan Mustafa İsmayıl dünyada ən böyük biseps əzələlərinə malikdir. O, 80 santimetrlik biseps əzələləri ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

24 yaşlı Mustafa həyatını bodibildinq idmanı ilə məşğul olmağa həsr edib. 10 ildir bədən əzələlərini inkişaf etdirən Mustafanın biseps əzələlərinin ölçüsü yetkin adamın belinin genişliyinə bərabərdir.

Mustafa gün ərzində toyuq, balıq və badam, eyni zamanda, zülal qarışıqları yeyir və çoxlu su içir.

10 il əvvəl sadəcə maraq üçün bədənini inkişaf etdirməyə başlayan Mustafa sonradan biseps əzələlərinin inkişafı ilə xüsusi məşğul olmağa başlayır. Beş il əvvəl Misirin milli bodibildinq komandasına seçilənədək şansını ABŞ-da sınamağı qərara alır. İdmanla gündə iki dəfə məşğul olan Mustafa hazırda təxminən 230 kiloqram çəki qaldırmağa qadirdir.

Trend