Azərbaycanın ən azyaşlı aktrisası cəmi 8 aylıqdır - FOTO
14.9.2012

Rövşən İsaqın "Pərvanələrin rəqsi" serialında (96 seriyalı film) səkkizaylıq körpə rol alıb. Bu barədə serialın baş qəhrəmanlarından biri Anar Heybətov bildirib.

"Yeni mövsümdə serialda tamaşaçılar yeni aktyorlar görəcəklər, onlardan ən kiçiyi səkkiz aylıqdır. O, mənim qızım Almazdır. Almaz sözə qulaqasan qızdır və rejissorun bütün tələblərini yerinə yetirir (gülür). Yeni mövsümdə yenidən dolaşıq, intriqalı, sevincli və kədərli məqamları ilə dolu olan seriyalar təqdim olunacaq", - Heybətov qeyd edib.

Aktyor deyib ki, oktyabrın 1-dən yeni seriyaların yayımına başlanılacaq. Serial həftədə bir dəfə 1 saatdan çox müddətə yayımlanacaq.

Serial ailə dramı janrında çəklib.

Trend