ABŞ-da bir qadın beş gün dondurma kamerasında qalandan sonra ölüm ayağında olarkən xilas edilib.
Oklahoma ştatındakı Tulsa şəhərinin sakini, 59 yaşlı Tereza Kristianın soyuducu kamerada nə üçün 5 gün sərasər qaldığı bilinmir.
Polisdən verilən məlumata görə, Kristianın fırtına və tornadodan qorxaraq "bir neçə dəqiqəlik" kameraya girərək gizlənmək istədiyi vurğulanır.
Biçarə qadını evinə gələn oğlu tapıb. O, xilas ediləndə ayaqları artıq dolmuşdu.
Milli.Az