“Gənclərə dəstək” layihəsi çərçivəsində növbəti konsert
8.2.2017

Fevralın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşacaq. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərləri gənc ifaçılar tərəfindən səsləndiriləcək. Bundan başqa, sözügedən layihə çərçivəsində yekun konsert fevralın 21-də baş tutacaq. “Gələcəyin ulduzları” adlı konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ifa olunacaq.

azertag.az