“Şanslı bir fil” ekran əsəri təqdim olunub
8.2.2017

“YARAT” Müasir İncəsənət Mərkəzində amerikalı rejissor Liza Limanın “Şanslı bir fil” ekran əsəri nümayiş olunub.

Film Amerikanın ölkəmizdəki səfirliyinin dəstəyi, “YARAT” Filim Klubunun təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen “YARAT” Film Klubu tərəfindən gerçəkləşən belə layihələrin əhəmiyyətindən danışıb. Bu yöndə reallaşdırılan layihələrin ikitərəfli mədəni əlaqələrə təkan verdiyini deyən xanım diplomat gələcəkdə bu istiqamətdə daha böyük işlər görüləcəyinə əminliyini ifadə edib.

Vurğulanıb ki, ABŞ istehsalı olan sənədli filmlərin Azərbaycanda nümayişi olduqca sevindiricidir.

Daha sonra film təqdim olunub və ekran əsəri ilə bağlı müzakirələr aparılıb.

Filmin süjet xətti 16 il əvvəl prodüser Devid Boldinq tərəfindən “doğmalarını” itirmiş Afrika fili - Floranı öz himayəsinə götürməsi üzərində qurulub. Ekran sərində göstərilir ki, indi onun çəkisi artıq 10 min funtdur və sirkdə çıxış etmək istəmir. Onun yeri azadlıqda, fillər arasında yaşamaqdır...

Qeyd edək ki, premyerası 2010-cu ildə reallaşan ekran əsəri dünyanın bir sıra nüfuzlu film festivallarında iştirak etməklə çoxsaylı mükafatlar qazanıb.

azertag.az