“Eurovision”un qalibi solo-klipini ictimaiyyətə təqdim edib - Video - Yenilənib
14.9.2012

“Eurovision-2011” mahnı müsabiqəsinin qaliblərindən olan Eldar Qasımov “I am free” mahnısına çəkdirdiyi solo-klipini təqdim edib.

Sənətçinin “Eurovision”da qabiliyyətindən sonra ilk solo-klipinin çəkilişləri 2012-ci ilin iyun ayının sonlarında Ukraynanın paytaxtı Kiyevdə aparılıb.

Bu layihə bütünlüklə Ukraynanın “Euromedia Group” şirkətinin komandası tərəfindən həyata keçirilib.

Layihənin ideya müəllifi və rejissoru Denis Qamzinov, operatoru Dmitriy Peretrutovdur. Klipin ərsəyə gəlməsi üçün 200 nəfər çalışıb. Şəxsən Eldarın özü bilavasitə klipdəki rəqsin qurulmasında iştirak edib.

Bu rəqs “Vabank” şou-baleti ilə birgə “caz-fank” üslubunda qurulub. Rəqs səhnələrinin çəkilişindən danışan müğənni gündə 4-5 saat işləməli olduğunu deyib. O, məşq zamanı ayağının burulduğunu və çəkilişin məhz bu vəziyyətdə davam etdirildiyini vurğulayıb.

“Artıq klipin Ukrayna, Rusiya və Polşada yayımlanması üçün məşhur medialardan müraciətlər almışıq”.

Qeyd edək ki, layihənin sponsorluğu “ZQAN Holding” tərəfindən həyata keçirilib.

KLİP

Gun.az