Bakının Xətai rayonu ərazisindəki Yusif Səfərov küçəsi genişləndirilir. Bu barədə Xətai rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilir ki, küçənin genişləndirilməsi üçün ərazi hasarlanıb və abadlıq-quruculuq işlərinə başlanılıb. Ərazinin abadlaşdırılması üçün sifarişçi Bakı şəhər İcra Hakimiyyəti, icraçı isə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətidir.
"Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, ərazidə abadlaşdırma işlərinə başlanılıb:
"Abadlıq-quruculuq çərçivəsində Yusif Səfərov küçəsinin genişləndirilməsi nəzərdə tutulub. Bununla bağlı artıq işlərə başlanılıb, müəyyən hissə hasarlanıb. Həmin hissənin genişləndirilməsi işləri aparılacaq. Bu məqsədlə artıq bəzi söküntü işləri aparılır. Aparılan yenidənqurma işləri ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək".
trend