Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zona Dənizkənarı Milli Parkın ərazisində qurulmaqdadır.
Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı, bir çox başqa sürprizlərlə sevindirəcək.
15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək.
Xatırladaq ki, Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş “Cry, Cry” mahnısı ilə məşhurluq qazanıb.
Gün.Az