Hindistanın-Azərbaycan Assosiasiyası iyunun 12-də “Grand Hotel Europe” mehmanxanasında ənənəvi hind yeməkləri festivalı təşkil edəcəkdir.
Hindistanın Azərbaycandakı səfirliyindən bildirmişlər ki, iştirakçılar sari və xına ənənələri ilə tanış olacaqlar.
Festival zamanı Hindistandan gətirilmiş zinət əşyalarının satışı da təşkil ediləcəkdir.
Tədbirdən toplanan vəsaitin bir hissəsi xeyriyyə məqsədilə istifadə olunacaqdır.
Festival iştirakçılarına hind rəqsləri təqdim ediləcəkdir.