Abşeron rayonunda olimpiya idman kompleksinin inşasına başlanmışdır. Kompleks Gənclər və İdman Nazirliyinin sifarişi ilə dövlətimizin başçısı İlham Əliyevin 2011-ci il 27 may tarixli “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən inşa edilir.
Kompleksin tikintisini 2014-cü ildə başa çatdırmaq nəzərdə tutulmuşdur.
Yeni idman kompleksi Bakı-Quba yolunun 17 kilometrliyində, Qafqaz Universitetinin yaxınlığında tikilir. Baş hektar sahədə inşa edilən kompleksdə tikinti işlərini “İnşaatçı” ASC həyata keçirir.
AzərTAc