Azərbaycanın 11 cüdoçusu gənclər arasında Avropa birinciliyində iştirak edəcəkdir
14.9.2012

Azərbaycanın 11 cüdoçusu sentyabrın 21-23-də Poresdə (Xorvatiya) keçiriləcək gənclər arasında Avropa birinciliyində (U-20) iştirak edəcəkdir.

Yığmaya Rasim Alməmmədov, Mehman Sadıqov (hər iki 55 kq), İsgəndər Talışınski, Rəşad Rafullayev (hər ikisi 60 kq), Musa Mehdiyev, Cəlil Cəlilov (hər ikisi 66 kq), Afiq Cəfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Abdulhaqq Rəsulov, Məmmədəli Mehdiyev (hər ikisi 81 kq) və Əlixan Həsənov (100 kq) daxildirlər.
Bir neçə çəki dərəcəsində idmançılarımız mövsüməqədərki turnirlərdə uğurla çıxış edərək, bir sıra Avropa kuboklarında mükafatlar qazanmışlar. Bu səbəbdən komanda ilk dəfə bu kateqoriyalarda medallar əldə olunacağına ümid bəsləyir.


AzərTAc