Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın “Arazbarı” şeirlər kitabının Tatarıstanda təqdimat mərasimi keçiriləcək.
Təqdimat mərasimi Tatarıstanın Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara S.Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.
trend