Azərbaycanlı alim beynəlxalq sertifikata layiq görülüb
9.2.2017

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru Elman Şahverdiyev “Tədqiqata görkəmli töhfə” sertifikatı ilə təltif olunub.

AMEA-dan bildiriblər ki, alim bu mükafata “Optik - İşıq və elektron optika üzrə” beynəlxalq jurnalının keyfiyyətinin yaxşılaşdırılması istiqamətindəki xidmətlərinə görə nəşrin redaksiya heyəti tərəfindən layiq görülüb.

Qeyd edək ki, “Elsevier” nəşriyyatında çap olunan bu jurnalda işıq və elektron optikanın bütün sahələri üzrə məqalələr dərc edilir. Jurnal optik dizayn, həndəsi və şüa optikası, dalğa optikası və digər sahələr üzrə tədqiqatların vəziyyətinə dair sorğu təklif edir.

azertag.az