Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü 2017-ci ilin ikinci yarısında keçirilə bilər.
Bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə mətbuat konfransında jurnalistlərə deyib.
"Hələlik görüşün tarixi və yeri məlum deyil. Güman ki, bu görüş İranda keçiriləcək prezident seçkilərindən sonra baş tutacaq. Görüşdə həmçinin üç ölkənin prezidentlərinin gözlənilən görüşün tarixinin və gündəliyinin müzakirə ediləcəyi gözlənilir" - səfir bildirib.
Qeyd edək ki, İranda prezident seçkiləri bu il mayın 19-da keçiriləcək.
report.az