“Qıpçaq rəqsləri”nin premyerası Bakı teatrının səhnəsində
10.2.2017

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baletinin premyerası olacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Sankt-Peterburqun Mixaylovski Opera və Balet Teatrının xoreoqrafı, Rusiyanın Əməkdar Artisti Sergey Moxnaçovun hazırladığı səhnə əsərinin quruluşçu rəssamı Rafiz İsmayılov, dirijoru Xalq Artisti Yalçın Adıgözəlovdur.

Kütləvi səhnələrlə zəngin olan “Qıpçaq rəqsləri”ndə balet truppasının bütün artistləri iştirak edəcəklər.

azertag.az