Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul imtahanı nəticəsində boş qalan yerlərin seçiminə başlayıb.
Komissiyanın mətbuat xidmətindən verilən xəbərə görə, rezidenturaya keçirilən müsabiqənin nəticələrinə əsasən, IV istiqamət (Tibbi-profilaktika) üzrə aşağıdakı plan yerləri boş qalıb:
I. Azərbaycan Tibb Universiteti
11422 Gigiyena – 5 yer
11439 Epidemiologiya – 2 yer
II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi
33114 Gigiyena – 8 yer
33122 Epidemiologiya – 7 yer
Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edə bilərlər (ayrılıqda baza və ixtisas fənləri üzrə cavablara bal məhdudiyyəti qoyulmur).
Müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 17-si saat 10.00-dan sentyabrın 18-i saat 17.00-dək TQDK-ya müraciət edə bilərlər.
APA