Azərbaycan ilə Gürcüstan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
10.2.2017

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov fevralın 9-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın istiqamətləri və son illər əldə edilən yüksək nəticələr barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, gələcək planlar və əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb, təhlükəsizlik sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub.

azertag.az