Təxminən 1000 "Ferrari"... Ümumi dəyəri 100 milyon funt-sterlinqdən artıq olan bu maşınlar superkarların sayına görə parad rekordunu təzələyib.
Əvvəlki rekord Yaponiyaya məxsusdu.
GoMap.Az The Guardian-a istinadən bildirir ki, həmin paradda 490 "Ferrari" vardı.
Britaniyada isə 964 "Ferrari" 3,6 millik zolaq təki qıvrılırdı.
İngiltərənin Northempşir qraflığındakı Silverstoun avtodromunda Avropanın müxtəlif yerlərindən gəlmiş "Ferrari" fanatları öz maşınlarını nümayiş etdirməklə yanaşı, dünyanın ən böyük paradına qoşulublar.
Video
Milli.Az