Müasir dövrdə İnsan Resurslarının idarə edilməsi olduqca maraq doğuran və önəmli sahələrdən biridir. Bu sahə özünəməxsus xüsusiyyətlərinə və zəruriliyinə görə daim seçilir.
İR idarə edilməsi sahəsi vacib olmasına baxmayaraq, bu sahədə mütəxəssislərin az olması ilə seçilir. Doğrudur, bu sahə ilə bağlı keçirilən təlimlərin sayı olduqca çoxdur. Hətta bununla bağlı tədris sahəsi də mövcuddur. Lakin keçirilən tədris və təlimlərdən əldə olunan biliklərin təcrübədə tədbiq edilməsi bir o qədər də qənaətbəxş deyil.
Həyata keçirilmə metodları, effektliyi və keyfiyyətli nəticənin əldə olunmasına görə, fərqlənən təlim-təcrübə proqramlarından biri də “ONSET” təlim-təcrübə proqramıdır. Bugünkü mövzu ilə bağlı olaraq müsahibəmiz Mütəllimova Gülzar xanımdır. O, “ONSET” təlim-təcrübə proqramının rəhbəri, o cümlədən, “Business Service Centre” MMC-nin 9 ilə yaxın təcrübəyə malik olan, əmək hüququ üzrə ixtisaslaşmış hüquqşünasıdır.
- Gülzar xanım, zəhmət olamasa, “ONSET” təlim-təcrübə proqramı haqqında məlumat verərdiniz.
- “ONSET” HR təlim-təcrübə proqramıdır. “ONSET” azərbaycan dilinə tərcümədə “Başlanğıc” deməkdir. Bu proqram insan resurslarının idarə edilməsi sahəsində biliklərə yiyələnmək, yeni bacarıqlara sahib olmaq, bu sahədə təcrübəyə malik olmaq istəyən şəxlər üçün nəzərdə tutulub. Bu proqramda iştirak etmək hər kəs üçün əvəzolunmaz bir fürsət, İnsan Resurslarının idarə olunması səhəsində isə uğurlu və peşəkar bir başlanğıcdır.
- Proqram kimlər üçün nəzərdə tutuluv?
- “ONSET” təlim-təcrübə proqramı əsasən tələbələr, məzunlar, HR sahəsinə dair nəzəri və təcrübi bilikləri olmayan, habelə bu sahədə nəzərə biliklərə malik olub təcrübəyə ehtiyacı olan şəxslər üçün nəzərdə tutulub.
- “ONSET” proqramının özəllikləri nədən ibarətdir?
- Bu proqramın əsas özəllikləri və fərqli xüsusiyyətləri bunlardan ibarətdir:
- Nəzəri biliklərin HR sahəsində uzun müddətli iş təcrübəsinə malik olan mütəxəssislər tərəfindən keçirilməsi; Kadr sənədləşmələrinin aparılması ilə bağlı nəzəri və təcrübi biliklərin Əmək qanunvericiliyi üzrə ixtisaslaşmış peşəkar hüquqşünaslar tərəfindən həyata keçirilməsi; Nəzəri biliklərin təcrübədə tədbiq edilməsinin Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə həyata keçirilməsi; Nəzəri biliklərin təcrübəyə tədbiq edilməsi, tədbiq zamanı yaranacaq çətinliklərin aradan qaldırılması və daha effektiv həll yollarının peşəkar təcrübəyə dayanaraq əldə edilməsi; İş təcrübəsi olmayan şəxslər üçün korporativ mədəniyyət, daxili nizam-intizam, müştəri ilə davranış qaydaları ilə tanış olmaq fürsətinin əldə edilməsi; Hər bir proqram iştrakçısına təcrübəli HR mütəxəssisin koordinator qismində təyin edilməsi; Kadr sənədləşməsinə dair tam sənədlərin şablonlarının təqdim edilməsi; Fərqlənmiş iştrakçılara gələcəkdə HR sahəsində karyera qurulması ilə bağlı “BSC" MMC tərəfindən dəstək olunması.
- Proqramın müddəti və ödənişi nə qədərdir?
- Proqramın müddəti 6 ay təşkil edir. Hər ay üçün ödəniş isə 250 manatdır. Onu da deyim ki, bu proqram sayəsində hər kəs qeyd etdiyim kimi nəzəri biliklərlə yanaşı təcrübi biliklərə də malik olacaqdır. Bizi digərlərindən fərqləndirən əsas cəhət isə praktiki biliklərin Azərbaycanda fəaliyyət göstərən tanınmış müəssisələrin real təcrübəsinə əsaslanmasıdır. Qeyd etdiyimiz kimi, hazırda bu sahə üzrə çoxsaylı təlimlər təşkil edilir. Bizim fərqliliyimiz isə ondan ibarətdir ki, ONSET proqramı yalnız nəzəri biliklərin tədris edilməsi deyil eyni zamanda əldə edilmiş nəzəri biliklərin praktikada tədbiq edilməsini həyata keçirir. Artıq proqrama başlanılıb. Proqrama çoxsaylı müraciətlər edilib lakin yerlər məhdud olduğu üçün yalnız 10 iştirakçı seçilib. Yaxın müddət ərzində qısamüddətli Ekspress təlimlər, eləcə də yay məktəbləri təşkil etmək planlarımız var. Eyni zamanda, aprel və may aylarından etibarən mühasibatlıq və hüquq sahələri ilə bağlı təlim və təcrübə proqramlarına başlanılacaq.
- Çox sağ olun, Gülzar xanım, ətraflı məlumatınıza görə təşəkkürlər.
trend.az