Mobil nömrələr poçt filiallarında satılacaq
10.2.2017

“Azərpoçt” MMC mobil rabitə operatorlarının SIM-kartlarının satışı ilə məşğul olacaq.

Bunu jurnalistlərə “Şəbəkə” mərkəzinin əlaqələndiricisi Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, mobil nömrələr “Şəbəkə” mərkəzlərində satılacaq və hazırda satışın təşkili məqsədilə mobil operatorlarla danışıqlar aparılır.

Qeyd edək ki, yeni "Şəbəkə" mərkəzi 1 saylı poçt filialının nəzdində yaradılıb və "bir pəncərə" sistemi ilə fəaliyyət göstərəcək.

Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin başqa ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.

trend.az