Azərbaycan ABŞ-da keçiriləcək beynəlxalq festivalda təmsil olunacaqdır
5.10.2011

Oktyabrın 14-dən 16-dək ABŞ-ın Virciniya ştatında beynəlxalq musiqi festivalı keçiriləcəkdir.
ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçilərinin iştirak edəcəkləri festivalda Azərbaycan instrumental muğam cütlüyü-İmamyar Həsənov (kamança) və Pejman Hadadi (tonbək) ilə təmsil olunacaqdır.
Bu barədə məlumat verən tanınmış kamança ustası İ.Həsənov bildirmişdir ki, “The Richmond Folk Festival”ında muğam cütlüyü Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs” C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarını, “Şur”, “Mahur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarından ibarət kompozisiya təqdim edəcəkdir.
İnstrumental muğam cütlüyü bundan əvvəl ABŞ-ın Vaşinqton, Hyuston, Böyük Britaniyanın London, Yunanıstanın Heraklion və Türkiyənin İstanbul şəhərlərində də uğurlu konsert proqramları ilə çıxış etmişdir.