Sizlərə hər zaman qüsursuz təmizlik bəxş edən "Ariel" bu dəfə uşaqları sevindirərək onlar üçün yeni dərs ilinin başlanması münasibətilə Park Bulvarda maraqlı, əyləncəli şou-proqram təşkil edəcək.
Proqramda Gənc Tamaşaçılar teatrının aktyorları müxtəlif uşaq tamaşalarından səhnəciklər göstərəcək, əyləncəli oyunlar və müsabiqələr təqdim edəcəklər. Maraqlı istirahətlə yanaşı, uşaqları və anaları gözəl hədiyyələr də gözləyir.
Uşaqların ilk zəng həyəcanını azaldacaq və yeni dərs ilinə ruh yüksəkliyi ilə başlamalarına kömək edəcək əyləncəli proqram sentyabrın 17-də Park Bulvarda saat 15:00-dan 20:00-dək davam edəcək.
milli.az