Sabaha olan hava proqnozu açıqlanıb
13.2.2017

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarına gözlənilən zəif qarın səhər tədricən kəsiləcəyi ehtimal olunur.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə fevralın 14-də bəzi yerlərdə arabir qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

report.az