Ötən il Qazaxda sahibkarlara 9 milyon manatdan çox kredit verilib
13.2.2017

Ötən il Qazaxda fəaliyyət göstərən iş adamlarına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9 milyon 715 min 100 manat məbləğində kredit verilib.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, verilən kreditlər iş yerlərinin açılması məqsədilə sənaye və kənd təsərrüfatı məhsulları istehsalı sahələrinə yönəldilib və nəticədə 432 yeni iş yeri yaradılıb.

azertag.az