“Simpsonlar”ın yayımına qadağa qoyula bilər
5.10.2011

ABŞ-da məşhur cizgi filmi serialı olan “Simpsonlar”ın yayımına qadağa qoyula bilər. Cizgi filmi serialının yeni bölümünün yayımı qəhrəmanları səsləndirən aktyorların qonorarlarının 45 faiz azaldılıb azadılmamasından asılıdır.
Bu barədə “Simpsonlar” cizgi filmi serialının “Fox Television”da translyasiyasını həyata keçirən “20th Century Fox” kinostudiyası məlumat yayıb. “Biz serialın uzunömürlü olması üçün aktyorlarla kompromisə gəlməyə çalışırıq”, – kinostudiyanın yaydığı məlumatda belə deyilir.
Xatırladaq ki, qəhrəmanların səsləndirilməsində iştirak edən Den Kasteplannetta, Culi Kavner, Nensi Kartrayt və Yardli Smit “Simpsonlar”ın efirdə yayımlandığı hər mövsüm üçün 8 milyon dollar qonorar alırlar.