Qoç - İstənilən məşğuliyyət üçün xoş gündür, ancaq bu gün yaxşı olar ki, daha çox yaradıcı münasibət tələb edən işləri görəsiniz. Yaxşı ideyalarınız da, onları yerinə yetirmək üçün tərəfdaşlarınız da kifayət qədərdir. Səfərlər, ekskursiya və alış-veriş üçün çox əlverişli vaxtdır.
Yaşlı qadınlarla aranızda fikir ayrılıqları yarana bilər. Onun məsləhətlərini dinləyin (ya da özünüzü elə göstərin ki, dinləyirsiniz), o zaman münaqişə yaranmaz. Pul, hədiyyə almağınız mümkündür.
Buğa - Sizin sərbəstliyinizə azacıq kəm baxanın vay halına! Onun uğrunda kiminlə olsa, döyüşməyə hazırsınız. Pis odur ki, əlinizə çox zaman günahsız yaxınlarınız keçir, boş bir mübahisə ciddi bir münaqişəyə çevrilir. Digər tərəfdən, bu gün düşmənlərlə mübarizə üçün əladır - qələbə çalmaq şanslarınız çox yüksəkdir.
Axşam maliyyə çətinlikləriniz yarana bilər. Alış-veriş etmək, vacib sənədlər imzalamaq məsləhət deyil. Səyahətə çıxmaq, yaxud başqa yerə köçmək olar.
Əkizlər - Sevinmək üçün bir neçə səbəbiniz olacaq. Uğurlu təsadüflər, xoş gözlənilməzliklər də bu sıradandır. Düzdür, ciddi qələbələrə hələ çox var, ancaq onların yoxluğu kefinizi pozmayacaq. İstənilən yaradıcı işlə məşğul olmaq olar. Qeyri-standart həllər, orijinal ideyalar bu gün, deyəsən, sizi daha tez tapır.
Əzizlərinizlə ünsiyyət, ailə tədbirləri, romantik görüşlər üçün əla gündür. Tanışlıqlara can atmayın - onlar sizə istədiyinizi verməyəcək.
Xərçəng - Pis gün deyil. Səhər azacıq uğursuzluq qanınızı qaralda bilər. Amma bunun təsiri güclü olmayacaq, tezliklə «qara buludlar» çəkiləcək, kefiniz durulacaq və günün sonunadək yaxşı əhvalda olacaqsınız. Adi problemlərin qeyri-adi həll yollarını tapır və öz uğurlarınızla haqlı yerə qürrələnirsiniz.
Ailədə uzun sürən qanqaraçılığa son qoymaq, yaxınlarınıza qarşı etdiyiniz səhvləri düzəltmək imkanı yaranacaq. Maliyyə vəziyyəti aydınlaşacaq, öz imkanlarınızı düzgün qiymətləndirməyə və gələcək üçün planları müəyyənləşdirməyə çalışın.
Şir - Yarımçıq qalan işlərinizi bitirə, sizi narahat edən suallara cavab tapa bilərsiniz. Aldığınız məlumatdan xoşunuz gəlməsə də, ondan yararlanmağa çalışırsınız. Ailənizin həyatında yeniliklər, dəyişikliklər mümkündür, bunlara qərəzsiz yanaşmağa çalışın.
Daşınmaz əmlak alqı-satqısı üzrə müqavilələr bağlamaq, təmirə başlamaq, mebel və məişət texnikası almaq olar. Təhsilə, istirahətə, sağlamlıq tədbirlərinə pul xərcləməyiniz pis olmaz.
Qız - Ailə üzvlərinizdən biri ilə bağlı qəfil xəbər sizi çaşdıracaq. Şəxsi problemlərinizi bir kənara qoyub, başqalarının işlərini həll etməli olacaqsınız. Bunların sayı heç də az deyil. Üstəlik, bütün məsuliyyət sizin boynunuza düşür.
İşə köklənmək, yaradıcı ideyalarınızı gerçəkləşdirmək asan olacaq. Təklikdə daha rahat işləyirsiniz, amma sizin etibarlı tərəfdaşlarınız da var, niyə işinizin bəzi qismini onlara həvalə etmək istəmirsiniz? Yeni tanışlıqlar böyük ehtiyat tələb edir, xüsusilə əgər iş maliyyə və əmlak məsələlərilə əlaqəlidirsə.
Tərəzi - Bu gün bir neçə çətin qərar verməlisiniz. Fikirləşmək üçün vaxtınız isə çox azdır. Amma nə istədiyinizi gözəl bilirsiniz, kimsəyə sizi idarə etməsinə imkan yaratmırsınız - odur ki, səhv etmək ehtimalınız da azalır. Sövdələr bağlamaq, maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür.
Səyahətə və yaxud bir yerdən başqa yerə köçməyə hazırlaşa bilərsiniz: heç bir xırdalığı nəzərdən qaçırmayacaqsınız. Maraqlı dəvətlər alacaqsınız, ziyafətlər kefinizi qaldıracaq. Yatmazdan əvvəl gəzintiyə çıxın.
Əqrəb - Gözlənilməz və xoş görüşlər günüdür. İstənilən hadisədən yararlana bilirsiniz. Yaxınlarınızla aranızda fikir ayrılığı yaranmır. Müştərək işlərə və layihələrə başlaya bilərsiniz. Dediyinizin üstündə durmaqdan çəkinməyin: ideyalarınız düzgündür, bunlarla razılaşmayanlar isə tezliklə peşman olacaqlar.
Günün ikinci yarısı tamahınızı durdurmaq çətin olacaq. Düşünülməmiş hərəkətlərə yol verə bilərsiniz. Ancaq emosiyalarınızı vaxtında cilovlaya bilsəniz, o zaman düzəldilməsi çətin olan səhvlərdən qaça bilərsiniz.
Oxatan - İşgüzar keyfiyyətləriniz güclənir, bu, rəqiblərinizi zəiflədir, rəhbərliyin və iş ortaqlarınızın gözündə isə sizi qaldırıb dağın başına qoyur. Yeni iş yerində vəzifələrinizin icrasına, yaxud müstəqil biznes-layihənizin gerçəkləşdirilməsinə başlaya bilərsniiz. İşgüzar danışıqlarda ehtiyatlı olun - sizə cənnət bağçaları vəd edib aldada bilərlər.
Yaxınlarınızla aranızdakı fikir ayrılıqları təəssüf doğurur. Öz nöqteyi-nəzərinizi çox sərt müdafiə edir, dilinizi saxlamır, insanları incidirsiniz. Uşaqlardan, yaxud sizdən kiçik qohumlarınızdan birinin qəlbinə dəyə bilərsiniz.
Oğlaq - Asan olmasa da, yaxşı gündür. Məqsədyönlülüyünüz təqdirəlayiqdir, amma bəzən yanlış yola sapırsınız. Bəzən geri çəkilmək çox effektli bir strateji manevrdir - bunu unutmayın. Müqavilələr imzalamaq, xüsusilə yeni iş ortaqlarınızla sövdələr bağlamaq olar.
Xarici təsirlərə qarşı çox həssassınız. Bir tərəfdən, bu yaxşıdır - intuisiyanız güclənir, davranışlarınızın nəticəsini əvvəlcədən təxmin edə bilirsiniz, digər tərəfdən isə pisdir - pisniyyət bir adamın əlində alətə çevrilə bilərsiniz.
Dolça - Uğurlu gündür. Enerjiniz, özünüzə inamınız, qətiyyətiniz kifayət qədərdir. Yığılıb qalan problemlərin öhdəsindən gələ biləcəksiniz. Xüsusilə günorta vaxtı çoxalan xarici təsirlərə müqavimət göstərməyə gücünüz yetər. Sağlamlaşdırıcı və kosmetoloji prosedurlar effektli olacaq. Bu gün səhhətinizlə məşğul olmaq üçün vaxt ayırmağa çalışın.
Axşama doğru mənfi tendensiyaların təsir gücü artacaq. Yaxınlarınızla dil tapmaq çətinləşəcək, sizi hər zaman gözəl anlayan insanlarla mübahisə edə bilərsiniz. İntuisiyanızı dinləyin, düzgün davranış xətti seçərək münaqişələrdən qaça bilərsiniz.
Balıqlar - Məqsədləriniz böyük, qarşınızda duran problemlər nəhəngdirsə, durmayın, hərəkət etmək vaxtıdır. Xırda məsələlərə əhəmiyyət verməsəniz də olar, onlar ya öz-özünə həll olunur, ya da sizin boş vaxtınızı gözləyir. Qeyri-adi metodlar çox effektli olacaq.
Ətrafınızdakılar sizə təəccüblənirlər, çünki başqalarının öhdəsindən gələ bilmədikləri işləri çox uğurla bitirirsiniz. Yeni tanışlıqlar üçün uyğun gündür. Qarşı cinsin nümayəndələrində güclü təəssürat yaradırsınız.
Milli.Az