Sabah qar yağacaq - XƏBƏRDARLIQ
15.2.2017

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 16-da Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.
ETSN xəbərdarlıq edir ki, fevralın 16-sı gündüzdən 17-si axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
ETSN xəbərdarlıq edir ki, fevralın 16-sı gündüz, 17-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

report.az