"Bədən və sümüklər" sərgisi
5.10.2011

10 oktyabr "Qız Qalası" qalereyası bakılıları və şəhərimizin qonaqlarını Avstriyadan olan iki rəssamın birgə sərgisi ilə sevindirəcək. "Bədən və sümüklər" adlı sərgidə rəssamların qrafiki və heykəltaraşlıq işləri nümayiş etdiriləcək.
Tomas Koosma və Ben Siqel məşhur Avstriya heykəltaraşı Alfred Xrdlikin məktəbini keçmişlər. Onlar yaradıcılıqlarında insanın fiziki məğzini işləyirlər və bu mövzuya müxtəlif pozisiyalardan yanaşırlar.
Tomas Kosma insan bədənini skelet səviyyəsində öyrənir, onu arxeoloji materialllar, artefaktlar cəzb edir.
Ben Siqelin müxtəlif növlü qrafiki işləri - ağacda qravürlər, ofortlar, tuş və akvarellə çəkilmiş şəkilləri, kağız üzərində monoxrom rəsm əsərləri tez-tez gələcək heykəltaraşlıq işləri üçün etyud olur.