10 oktyabr "Qız Qalası" qalereyası bakılıları və şəhərimizin qonaqlarını
Avstriyadan olan iki rəssamın birgə sərgisi ilə sevindirəcək. "Bədən və
sümüklər" adlı sərgidə rəssamların qrafiki və heykəltaraşlıq işləri
nümayiş etdiriləcək.
Tomas Koosma və Ben Siqel məşhur Avstriya heykəltaraşı Alfred Xrdlikin
məktəbini keçmişlər. Onlar yaradıcılıqlarında insanın fiziki məğzini
işləyirlər və bu mövzuya müxtəlif pozisiyalardan yanaşırlar.
Tomas Kosma insan bədənini skelet səviyyəsində öyrənir, onu arxeoloji materialllar, artefaktlar cəzb edir.
Ben Siqelin müxtəlif növlü qrafiki işləri - ağacda qravürlər, ofortlar,
tuş və akvarellə çəkilmiş şəkilləri, kağız üzərində monoxrom rəsm
əsərləri tez-tez gələcək heykəltaraşlıq işləri üçün etyud olur.