Bağırsaqların normal mikroflorası insanın sağlamlığında çox böyük rol oynayır - immuniteti yüsək səviyyədə saxlamağa kömək edir, həzm sistemi xəstəliklərindən qoruyur, xərçəngin qarşısını alır, orqanizmi cavanlaşdırır və s.
Yeni araşdırmalardan biri göstərib ki, stress və depressiyadan əziyyət çəkən insanlarda bağırsqların mikroflorası pozulmuş olur və mikrofloranın normallaşması bu insanların vəziyyətinə çox müsbət təsir edir.
Daha bir müasir araşdırma zamanı aşkar olunub ki, yüksək təzyiqdən əziyyət çəkən insanlarda mikrofloranın yaxşılaşması təzyiqin tənzimlənməsində çox böyük rol oynayır. Bu səbəbdən yüksək təzyiqdən əziyyət çəkirsinizsə, qidalanmanızda daim pro- və prebiotiklərlə zəngin olan qidalar olmalıdır. Pro- və prebiotiklər bağırsaqların normal mikroflorasını bərpa edir və qoruyur.
Probiotiklərlə zəngin olan qidalar:
- süd məhsulları (xüsusilə kefir, qatıq, kəsmik, yoqurt)
- duzlu kələm ("molokan" kələmi)
Prebiotiklərlə zəngin olan qidalar:
- tərəvəzlər (xüsusilə çuğundur, kök, istənilən kələm növləri, soğan)
- göyərtilər
- meyvələr (xüsusilə alma, banan, qavalı, ərik, əncir)
saglamolun.az