Fevralın 16-da İstanbulda III Ümumdünya Turizm Forumunun (World Tourism Forum) rəsmi açılışı olub.
Rəsmi şəxslərin və böyük turizm şirkətləri rəhbərlərinin də iştirak etdikləri açılış mərasimində Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təmsil edib.
Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edib.
Dünyada sülhün və sabitliyin bərqərar olunmasını beynəlxalq turizmin əsas inkişaf istiqaməti kimi dəyərləndirən Baş nazir vurğulayıb ki, turizm mədəniyyətlərin inteqrasiyasında, xalqlar arasında fərqli cəhətlərin yaxınlaşmasında mühüm əhəmiyyət daşıyır.
Təşkilat komitəsindən məlumat verilib ki, Forum çərçivəsində 20 ölkədən 150-dək beynəlxalq məruzəçi dinləniləcək. Bundan başqa, “Tourism 100” adlı təqdimatla dünyanın 100-dək nəhəng turizm şirkətinin adı açıqlanacaq.
azertag.az