DAİR turizm inkişafı ilə bağlı tədbir keçirəcək
16.2.2017

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə fevralın 17-də “Vergilər Məcəlləsində Dəyişikliklər” adlı turizm və qonaqpərvərlik sənayesi və bu sektorun ətrafında fəaliyyət göstərən digər sahələrin nümayəndələri ilə Vergilər Nazirliyinin ekspertləri arasında görüş keçiriləcək.

Vergilər Məcəlləsində baş vermiş dəyişikliklərin açıqlanması, bunların tətbiqi yolları, turizm və qonaqpərvərlik sahəsində vergi siyasəti və sair suallar tədbirdə müzakirə ediləcəklər. Tədbir çərçivəsiində Assosiasiyanın yeni üzvləri də təqdim ediləcəklər.

Vergilər Nazirliyi tərəfindən İmanov Nicat Şükür oğlu, AR Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin Baş Direktorunun Müavini və Dərgahov Namiq Səxavət oğlu AR Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin Strateji Araşdırmalar İdarəsinin Direktoru iştirak edəcəklər.

Tədbir JW Marriott Absheron Hotelinin Xocəsən İclas Otaqında 17 Fevral, 2017-ci il tarixində, saat 10.00-da baş tutacaq.

Tədbirdə iştirak etmək üçün qeydiyyat event@dair.az və yaxud 012 4347877 telefon nömrəsilə ilə keçirilir.

trend.az