Nizami Kino Mərkəzində yeni filmlər
16.2.2017

Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan “Ər quyusu” və Türkiyənin “Kötü çocuk” bədii filmlərinin nümayişi başlanıb.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, “Ər quyusu” filminin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Film komediya və dram janrındadır.

Filmdə Əməkdar Artist Sevinc Sarıyeva, aktyorlar Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdulova çəkiliblər.

“AF Media” şirkətinin təqdim etdiyi, romantik janrda çəkilən “Kötü çocuk” filminin rejissoru və ssenari müəllifi Yağız Alp Akaydındır. Ekran əsəri doğulandan sonra atası tərəfindən tərk edilən qızın həyatından bəhs edir. Ekran əsərində rolları aktyorlar Afra Saraçoğlu, Tolga Sarıtaş, Sarp Akkaya, Tülin Özen, Can Sipahi və başqaları canlandırıb.

azertag.az