Azərbaycanın ən böyük avtomobil distribütoru olan «Auto Azerbaijan» şirkəti Bakıda «Peugeot» avtomobil salonunu və servis mərkəzini istifadəyə verib.
Babək prospekti,2269 ünvanında açılan avtomobil salonunda «Peugeot»nun son model minik və kommersiya avtomobilləri təqdim olunub. Bu avtomobillərin hər biri özündə «Peugeot» ənənələrini birləşdirir – yüksək keyfiyyət, müasir dizayn, komfort, innovativ texnologiyalar və qənaətlilik.
Yeni salonun açılış mərasimində çıxış edən «Peugeot» avtomobil salonunun direktoru Emil İsmayılov qeyd edib ki, «Auto Azerbaijan» şirkəti «Peugeot» markasını ölkədə təmsil etməkdən çox qürur duyur: «Bununla yanaşı, şirkət bunun böyük məsuliyyət olduğunu da dərk edərək, işini ən yüksək standartlara əsasən həyata keçirməyi hədəfləyir. Məhz bu səbəbdən, «Peugeot» avtomobil salonu yalnız avtomobil satışı üzrə deyil, eyni zamanda, onlar üçün orijinal ehtiyat hissələrinin satışı və ən əsası, servis xidmətinin göstərilməsi üzrə də peşəkar fəaliyyət gerçəkləşdirəcək». E.İsmayılov bunu bariz şəkildə nümayiş etdirmək məqsədilə tədbir iştirakçılarını salonun nəzdində fəaliyyət göstərən Servis Mərkəzi ilə də tanış edib. Burada təchizat müasir şərtlər və «Peugeot» standartlarına əsasən aparılıb və peşəkar ustaların işi ilə dəstəklənib.
APA