Xətai rayonunda əhali icbari tibbi müayinədən keçirilir
16.2.2017

Prezident İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən, bütün respublika ərazisində olduğu kimi Xətai rayonunda da tibbi müayinə aylığı keçirilir.

Xətai rayon icra hakimiyyətindən bildiriblər ki, aksiya çərçivəsində bu rayonda yaşayan vətəndaşlar 6, 7, 28, 38 saylı Şəhər Poliklinikalarında, 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələri üzrə müayinələrdən keçəcək, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstəriləcək.

Aksiyanın yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya yaradılıb. Keçirilən aksiyanın əsas məqsədi insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir.

azertag.az