Rusiyada yaşayan azərbaycanlı bəstəkar – müğənni Emin Ağalarovun ABŞ-a promo-turu başlayıb. Turun məqsədi Eminin “Baby Get Higher” sinqlinə dəstək verməkdir. 3 gün ərzində Emin Amerikanın aparıcı KİV nümayəndələri ilə görüşür, radio və televiziya verilişlərində iştirak edir.
Emin artıq səfər çərçivəsində “Sirius XM Radio”, “Anderson Cooper TV Show” və “Hollywoodlife.com” resursları ilə görüş keçirib. Bu gün isə “Wall Street Journal”, “Huffington Post & AOL”, “Getty Photos”, “US Weekly Magazine”, “Entertainment Tonight”, “Meeting at NBC”, “Billboard Magazine”, “Interview with Chuck Taylor” (Former Senior Music Editor of Billboard Magazine and Music Reviewer), “Bitter End Show with Ali Isabella” resurslarında görüşlər keçirilib. Sabah Eminin Fresh FM Radio 102.7, Good News Broadcasting, The Reporter və Russian Radio 87.7 resurslarında görüşləri planlaşdırılır.
Qeyd edək ki, Eminin “Walk Through Walls” adlı yeni, sayca dördüncü sinqli hazırda Böyük Britaniya radiostansiyalarda geniş yayımlanır. Qalan 3 sinql isə qısa müddətdə “Top 40”a düşə biliblər. Rusiyada Eminin "Heart Keeps Beating" ("Сердце бьется") adlı mahnısı xeyli populyardır. İlk dəfə olaraq Emin mahnını həm ingilis, həm rus dillərində yazıb.
APA