Cəfəri suyundan nizamlı istifadə bədəndəki yağları əridərək, arıqlamağa kömək edir. Yaşlanmanı gecikdirər və daha parlaq və gənc görünüşlü bir dəri üçün də şərait yaradar.
Cəfəri suyunun ən önəmli faydası qaraciyərə olan bəhrəsidir. Bu sayədə qaraciyərdə piylənmənin qarşısı alına bilər. Dəmir çatışmazlığı problemi olanlar üçün çox faydalıdır. Qrip və soyuqdəyməyə yaxşı təsir göstərir.
Cəfəri suyu hazırlamaq üçün yarım dəstə cəfərini saplağı ilə birlikdə seçin və yuyun. Saralmamış olmasına diqqət edin rəngi yerində olmalıdır. Ucları qəhvəyiləşmiş isə, saplarını kəsin. 2 stəkan suyun içində yavaş temperaturda 2-3 dəqiqə qaynadıb 10 dəqiqə dəmləyin. İsti və ya ilıq olaraq istehlak edə bilərsiniz
Gündə bir stəkan istehlak edilməlidir. Amma 15 gündən çox limonlu cəfəri suyu istehlak edilməməsi çox əhəmiyyətlidir. Yoxsa cəfəri suyu faydaları yerinə zərər verər. 15 günə qədər istifadə edildikdən sonra 10 gün ara verilməlidir, sonra yenə davam edilməlidir.
saglamolun.az